AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində komandaların yer alacağı səbətlər müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qərarlaşacağı “10-luq” bəllidir.
 
UEFA Millətlər Liqasının C liqasında qrup ikincisi olan yığmamız Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı 4-cü səbətdə olacaq. Millimizdən fərqli bəzi komandaların hansı “10-luğ”a düşəcəyi hələ dəqiq deyil. 53 yığmanın hamısı Millətlər Liqasının bu gün və sabah baş tutacaq axırıncı matçlarından sonra yerini biləcək.
 
1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə (dəqiq deyil);
2-ci səbət: Çexiya (dəqiq deyil), Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya (dəqiq deyil), Norveç (dəqiq deyil), Serbiya (dəqiq deyil);
3-cü səbət: Ukrayna (dəqiq deyil), Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro (dəqiq deyil), İslandiya (dəqiq deyil), Finlandiya (dəqiq deyil), Albaniya (dəqiq deyil);
4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya (dəqiq deyil), Kosovo (dəqiq deyil), Slovakiya (dəqiq deyil);
5-ci səbət: Kipr (dəqiq deyil), Bolqarıstan (dəqiq deyil), Şimali İrlandiya (dəqiq deyil), Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;
6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.
 
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Frankfurtda olacaq. Qitə birinciliyinin final mərhələsi Almaniyada baş tutacaq.

Baxış sayı: 4549 | Tarix: 26.09.2022
Bizi Telegramda izləyin: @repostaz