Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
 
Bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.
 
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova  bildirib ki, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
 
Qeyd edək ki, ifaçının ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Baxış sayı: 4720 | Tarix: 30.09.2022
Bizi Telegramda izləyin: @repostaz