Respublikanın daxili işlər orqanlarının əməkdaşları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədilə martın 19-dan 27-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
 
Əmrdə, həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul xidməti naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
 
RePost.Az

Baxış sayı: 4473 | Tarix: 15.03.2017
Bizi Telegramda izləyin: @repostaz