Qondarma “DQR”in “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.
 
RePost.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin “DQR müdafiə nazirliyi”nin nümayəndəsi Senor Həsrətyan “Novosti Armeniya” agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, “dezinformasiya” adlandırıb.
 
Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, “Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan” hərbçiləri mükafatlandırıb.
 
RePost.Az

Baxış sayı: 2972 | Tarix: 16.03.2017
Bizi Telegramda izləyin: @repostaz