"Heç kim 2002-dən 2014-cü ilə kimi olan mərhələdə bizə nə dəstək oldu, nə də sorğuladı ki, ay bala, kirayəni necə ödəyirsən? 10 il yatırım edib, gecə-gündüz işlədik və qazdığımız quyudan su çıxanda hamı başladı bu trəfindən danışmağa. Mən onda çox qıcıq oldum".
 
Bu sözləri aktyor və prodüser Elməddin Cəfərov Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsində deyib. 
 
Sənətçi illər öncə qarşılaşdığı problemlərdən bəhs edib:
 
"Kirayə pulunu verə bilmədiyim məqam var idi. Ölkəylə bir şöhrətim vardı, 10 il idi tanınırdım, amma nə evim vardı, nə maşınım. İndi deyirlər, maşınına bax bunun. 10 il piyada olanda niyə demədin? 130 manat kirayə pulu idi, 50-60 manat alırdım. Yoldaşım, iki oğlum vardı, heç kim orasını sorğulamadı. Hamı deyir, necədi təzə ev, maşın?".
 
 

Baxış sayı: 8957 | Tarix: 18.11.2022
Bizi Telegramda izləyin: @repostaz