Ticarət mərkəzində Fövqəladə hallar Nazirliyi təlim keçirib.

RePost.Az xəbər verir ki, məqsəd ticarət mərkəzində çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını xatırlatmaq idi.

Səhər saatlarında keçirilən təxliyyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzini tərk edib.

15 dəqiqə ərzində davam edən təxliyyə təlimində ticarət mərkəzi boşaldılıb. Ərazini ən son ticarət mərkəzinin təhlükəsizlik xidməti tərk edib.

Təlim bitdikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam edib.

Qeyd edək ki, təxliyyə təlimi il ərzində 2 dəfə həyat keçirilir.

*****
Bu gün səhər saatlarında 28 May metrostansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində bomba həyəcanı yaşanıb.

Şahidlərin publika.az-a verdiyi məlumata görə, hüquq mühafizə orqanlarina "28 Mall" ticarət mərkəzinə bomba qoyulduğu haqqında məlumat daxil olub.

Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzini boşaldıb.

Hazırda ərazidə əməliyyat axtarış tədbirləri davam edir.


Baxış sayı: 3124 | Tarix: 17.03.2017
Bizi Telegramda izləyin: @repostaz