Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı apardığı "Fərat qalxanı" əməliyyatının gedişində Əl-Bab bölgəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
 
RePost.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir türk hərbçi ölüb, biri ağır olmaqla 7 hərbçi yaralanıb.
 
Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Türkiyə ordusunun hava əməliyyatları zamanı 23 İŞİD-çi zərərsizləşdirilib, xeyli terrorçu yaralanıb. Bundan başqa, terror qruplaşmasının 3 tankı, 2 nəzarət məntəqəsi, bir avtomobili məhv edilib.
 
RePost.Az

Baxış sayı: 3466 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz