Bayram tətilinin uzun olması ilə əlaqədər bölgələrə gedənlərin sayı artıb. Bu da avtovağzalda sıxlıq yaradıb. Eyni vəziyyət dəmiryol vağzalında da müşahidə olunur. Bununla bağlı həm avtovağzal, həm də dəmiryol idarəsi gücləndirilmiş iş rejiminə keçib.

RePost.Az bildirir ki, 9 gün qeyri-iş gününü fürsət bilən vətəndaşlar bölgələrə axın edir. Elə bu səbəbdən tətilin ilk günündə vağzallarda sərnişin sıxlığı yaranıb.
Bölgələrə axının çox olacağını nəzərə alan Bakı Beynəlxalq Avtovağzal rəhbərliyi mart ayının 26-a qədər gücləndirilmiş iş rejiminə keçib. Gündəlik 600-dən çox nəqliyyat vasitəsi ilə 20 minə yaxın sərnişinin daşınması planlaşdırılıb.
Ümumilikdə, bayram günlərində Bakıdan bölgələrə 100 minə qədər sərnişinin gedəcəyi gözlənilir.
Ancaq bileti olmayan sərnişinlərlə müqayisədə biletsiz olanlar avtovağzalda xeyli vaxt itirməli olublar.
Bu arada, qatar vasitəsilə bölgələrə getmək istəyənlərin də sayı artıb. Bunu nəzərə alan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfındən hər gün əlavə olaraq qatarlara 25-30 vaqon qoşulur.
Ehtiyac çox olduğu təqdirdə qatarlara qoşulan vaqonların sayı bir qədər də artırıla bilər.

RePost.Az
Mənbə: Xəzərxəbər


Baxış sayı: 3504 | Tarix: 18.03.2017
Bizi Telegramda izləyin: @repostaz