Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.
 
Artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.
 
Faktı APA-ya şirkətdən təsdiqləyiblər.
 
Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
 
Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.

Xatırladaq ki, Talıbovun Naxçıvanda yerləşən Gəmiqaya Şirkətinə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədlərinin yoxa çıxması barədə məlumatlar yayılıb.

Baxış sayı: 13745 | Tarix: 06.01.2023
Bizi Telegramda izləyin: @repostaz