Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlu “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat edib.
 
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”

Baxış sayı: 7551 | Tarix: 13.01.2023
Bizi Telegramda izləyin: @repostaz