Abşeron rayonunda küçədə uşaq meyiti tapılıb.
 
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
 
Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsində küçədən yeni doğulmuş körpənin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Abşeron rayon Prokurorluğundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 8292 | Tarix: 18.01.2023
Bizi Telegramda izləyin: @repostaz