Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq, səhərə qədər davam edib.
 
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
 
Ekofəallar aksiyanın 46-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
 
Şuşada havanın tempraturu -9 dərəcədir
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Baxış sayı: 6848 | Tarix: 26.01.2023
Bizi Telegramda izləyin: @repostaz