İranın Azərbaycanla bağlı şok casus planı üzə çıxıb. Türkiyə mediasının təqdim etdiyi sensasion məlumatdan bəlli olur ki, qonşu dövlət hələ 1996-cı ildə "Azərbaycan masası" adlı xüsusi bölmə yaradıb. Plana uyğun olaraq Azərbaycana 3500 casus göndərib. Müxtəlif vaxtlarda ələ keçən casuslardan bəziləri öz cinayətlərini etiraf etsə də, 700 casus qaçıb gizlənməyə müvəffəq olub.
 
Milli.Az xəbər verir ki, İran kəşfiyyatı Azərbaycana ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi bürokratiya sahələrində xidmət etmək üçün casuslarını ölkəmizdə yerləşdirib. Onlar azərbaycanlı qadınlarla evlənərək Bakıda məskunlaşıblar. Lakin Azərbaycan xüsusi xidmət orqanları 1997-2011-ci illərdə apardığı əməliyyatlar nəticəsində onları aşkar edib və dindirilən İran casusları cinayətlərini etiraf ediblər. 
 
"Türkiyə" mətbuatının yazdığına görə, layihənin başlanğıcı 1996-cı ildə Tehranda "Azərbaycan masası" adlı xüsusi bölmənin yaradılması ilə verilib. İlk iş olaraq İran kəşfiyyat xidməti - "Şaziman-I İttilaat" və "IRGC" əməkdaşlarından 4000 kəşfiyyatçı seçilib. Onlar Azərbaycanın coğrafiyası, dili, mədəniyyətini yaxından tanıyan şəxslər olub. Sonra tədbirin Azərbaycan mərhələsinə keçilib. İranın Azərbaycandakı səfirliyindən Tehran administrasiyasına yaxın ailələrlə bağlı geniş miqyaslı araşdırma tələb edilir. Daha sonra müəyyən edilən adlarla əlaqə saxlanılaraq evlilik mərhələsinə başlanılıb. Azərbaycan təhlükəsizlik resursları qeyd edib ki, tarixdə bu infiltrasiya layihəsinin başqa nümunəsi yoxdur. Ələ keçən iranlı casuslar həyat yoldaşlarını kataloqdan seçdiklərini bildiriblər.
 
İran casuslarının ilk işi azərbaycanlı arvadlarının rəhbər adlandırdıqları Xamneyiyə biət etmələrini təmin etmək, namazlarını və digər ibadətlərini şiələrə uyğun olaraq, xüsusilə də teoloji məsələlərdə yerinə yetirmək idi. Müxtəlif kamuflyaj üsulları tətbiq edən casuslar Azərbaycanda məskunlaşdıqdan sonra öz vəzifə sahələrində kəşfiyyat məlumatları toplamağa və bu məlumatları Tehrana göndərməyə başlayıblar.
 
Azərbaycan qanunlarına əsasən evləndikdən 5 il sonra əldə etdiyi vətəndaşlıq hüquqları ilə daha geniş imkanlar qazanan İran agentlərinin vəzifə təlimatları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönəldilirdi. Bəzi informatorlar ciddi kapitalla kommersiya sahəsinə cəlb olunarkən, digərləri mülki və hərbi diplomatiya, siyasət, QHT-lər, mədəniyyət, incəsənət və ilahiyyat kimi sahələrə sızıblar.
 
Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqını həyata keçirən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyən edilib. Hüseyinzadənin Urmiyədə kitab satıcısı işləyən qardaşı Rəhman Hüseynzadənin azərbaycanlı qadınların tələyə salınması prosesində mühüm fiqur olduğu və SEPAH-da xüsusi vəzifələrə sahib olduğu bildirilir.
 
"Azərbaycanın təhlükəsizlik mənbələri məlumat paylaşıblar ki, yanvarın 27-də həyata keçirilən terror planı bütün səfirliyin əməkdaşlarının öldürülməsi və qatilin maşınına minərək hadisə yerini tərk etməsi olub. Azərbaycan diplomatlarının və mühafizəçilərinin müqaviməti bu planı alt-üst etdi. Qatilin üstünə şığıyan azərbaycanlı mühafizəçilər daha genişmiqyaslı qətliamın qarşısını alıblar. Azərbaycan mənbələri İran polisinin partlayan silahlara baxmayaraq Tehranın ən strateji nöqtəsinə 30 dəqiqə ərzində gəlmədiyi və qatilə məxsus maşının qapıda dayandığı iddialarına istinad edib. Gərginlikdən sonra Azərbaycan hökuməti Tehran səfirliyini bağlayıb. Diplomatik əlaqələr Təbriz konsulluğu vasitəsilə davam etdiriləcək. Bu addım bir tərəfdən İran rejiminə qarşı hiss olunan narahatlığı göstərmək kimi, həm də bizim üçün əsas mərkəzin Güney Azərbaycan olması mesajı kimi şərh olundu", - deyə qəzet yazır.

Baxış sayı: 7893 | Tarix: 31.01.2023
Bizi Telegramda izləyin: @repostaz