Ermənistanın "Hraparak" qazeti yazır ki, Xankəndidən alınan etibarlı məlumata görə, təxminən 10 gün əvvəl hərbi cani Arayik Arutyunyan müxtəlif hökumət səviyyələrində görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Rusiyaya gedib. O, 3-4 gün əvvəl geri qayıdıb.
 
Onun ardınca separatçı Ruben Vardanyanın da Moskvaya getdiyi deyilir. Onun hələ də Moskvada olduğu bildirilir.  
 
Onların hansı yolla Xankəndidən çıxmaları haqda məlumat verilmir. Bəzi erməni mənbələri Vardanyanın aradan çıxmasının Rusiya sülhməramlı kontinqentinin (RSK) köməyi ilə baş verdiyini yazır.

Baxış sayı: 7152 | Tarix: 07.02.2023
Bizi Telegramda izləyin: @repostaz