Bakıda atışma olub.
 
Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
 
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.
 
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən tutulub.
 
Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
 
TƏBİB-dən bildirlib ki, hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
 
RePost.Az yaralanan şəxslərin adlarını əldə edib. Onlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Baxış sayı: 6905 | Tarix: 10.03.2023
Bizi Telegramda izləyin: @repostaz