Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ədalət Partyasının sədri İlyas İsmayılovu 85 illiyi münasibəti ilə təbrik edib. 

Bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib. 
 
Onun sözlətinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev partiyamızın sədri İlyas İsmayılova zəng vuraraq, ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi təbriklərini çatdırdı. 
 
Daha sonra Respublkikanın Baş prokuroru Kamran Əliyev İlyas İsmayılovu bağ evində ziyarət edib. Martın 20-si Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşərək Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından təbriklərini və xoş arzularını çatdırmış, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
 
Görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

Baxış sayı: 7513 | Tarix: 20.03.2023
Bizi Telegramda izləyin: @repostaz