Londonda hücum zamanı bıçaq yarası alan polis əməkdaşı ölüb.

Bundan əvvəl hadisə nəticəsində 3 polis əməkdaşının yaralandığı bildirilirdi.

Böyük Britaniyanın paytaxtında törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. (apa)

***

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb.

***

Londonda parlamentin önündə baş vermiş iki terror aktı nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. (Trend)

***

Londonda törədilən terror aktı nəticəsində qadın ölüb.

Yaralanan bir neçə nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub. London baş verən hadisəni terror aktı kimi qiymətləndirib. (apa)

***

Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 12 nəfər yaralanıb.

RePost.Az
xəbər verir ki, parlamentin işi dayandırılıb, bina əhatəyə alınıb.

"İnsident, mahiyyət etibarı ilə Vestminster körpüsündə baş verib. Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir", - deyə "Sky News" telekanalının məlumatında bildirilir. (report)

 

Baxış sayı: 3238 | Tarix: 23.03.2017
Bizi Telegramda izləyin: @repostaz