Qarabağda hazırda yaşanan proseslərin son həlledici mərhələsi sırağagün Prezident İlham Əliyevin Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən başlandığını demək lazımdır.
 
Çıxışdan əldə etdiyimiz nəticələri bu gün baş verən proseslərə tətbiq edək. 
 
- Güllələrin alternativi kimi Əliyev yollar diplomatiyasına başladı.
- Yeni yollar çəkildi - ənənəvi yollar -  erməni yollarından imtina edildi. 
- tunellər çəkildi, kommunikaisyanın sürətli və təhlükəsizliyin naminə. 
-  su hövzələri əlimizə keçdi. 
- Hidromüharibədə qalibiyyətə başladıq.
- Prezident dedi - məqsəd Xankəndi yoluna çıxmaqdır, çıxıldı və  yol başladı
- Son proseslər toqquşmasız baş verir -  ordumuzun gücünə qarşı çıxacaq güc yoxdur.
 
Azərbaycan Laçını müharibəylə qaytarmayıb - siyasi yolla ələ alıb, davamını aparır.
 
- 2,5 il ərzində Azərbaycana inanılmaz təzyiqlər olub. Amma nəticəsi olmayıb. 
- Qarabağ termini artıq yoxdur -  daha lokal ərazidə (Laçın, Xankəndi ifadələri var.)
İndi -  Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. 
- Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri bitib.
- Heç vaxt tarixdə olmayan yollar salınıb, 
- Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. 
- Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub.
-  Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellər məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. 
- Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır. 
- Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
- Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradadılır. 
- İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alınır.
 
Əziz Əlibəyli

Baxış sayı: 5537 | Tarix: 30.03.2023
Bizi Telegramda izləyin: @repostaz