Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev ata olub. 
 
RePost.Az baku.ws-ə isitnadən bildirir ki, Rafael Ağayevin oğlu dünyaya gəlib. 
 
Qeyd edək ki, Rafael Ağayev ötən il ailə həyatı qurub. 
  
Karatenin "Brilyant oğlanı” karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. 

Baxış sayı: 3219 | Tarix: 23.03.2017
Bizi Telegramda izləyin: @repostaz