Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması barədə xəbər vermişdik. 
 
Lent.az-ın əldə etdiyi məlumata görə, artıq ona ittiham elan olunub və barəsindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
 
Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

Baxış sayı: 6221 | Tarix: 11.04.2023
Bizi Telegramda izləyin: @repostaz