Almaniya millisi və "Stuttgart"ın sabiq futbolçusu Kevin Kuranyi karyerasını başa vurub.
 
RePost.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı forvard futboldan kənar işlərlə məşğul olacağını bildirib. Kuranyi "Stuttgart", "Schalke", "Dinamo Moskva"  və "Hoffenheim" kimi klubların şərəfini qoruyub. O, bir neçə il Bundestimin də formasını geyinib. 2008-ci il 11 oktyabrda Rusiya ilə matçın əsas heyətinə düşməyən futbolçu millinin düşərgəsini özbaşına tərk etmişdi. Bundan sonra Yoahim Löv bir daha onu Almaniya millisinə çağırmamışdı. 
 
RePost.Az

Baxış sayı: 65 | Tarix: 24.03.2017
Bizi Telegramda izləyin: @repostaz