Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir.
 
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
 
O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.
 
“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır”, Baş nazir mətbuat konfransında deyib.

Baxış sayı: 8121 | Tarix: 22.05.2023
Bizi Telegramda izləyin: @repostaz