Türkiyənin Tekirdağ vilayətinin 5 rayonunda antiterror əməliyyatı keçirilib.
 
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, əməliyyat nəticəsində 24 nəfər saxlanılıb.
 
Saxlanılanlar arasında Türkiyə prezident seçkilərində Yaşıl Sol Partiyasının seçki nəzarətçisi olmuş şəxs də var.

Baxış sayı: 11446 | Tarix: 23.05.2023
Bizi Telegramda izləyin: @repostaz