Mayın 31-i saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryolu keçidinə naməlum şəxs tərəfindən hücum edilib.  

RePost.Az xəbər verir ki, bu barədə ADY və DİN-in birgə bəyanatında bioldirilir. Məlumata əsasən, keçiddə fəaliyyət göstərən keçid növbətçisi təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.

Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmayıb. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilib. Hadisə nəticəsində müvafiq sahədə quraşdırılmış Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.
 
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılıb.
 

Baxış sayı: 8767 | Tarix: 31.05.2023
Bizi Telegramda izləyin: @repostaz