Taksi şirkətləri ilə bağlı şikayət və müraciətlər daha çox sürücü ilə sərnişin arasında mübahisələr, qeyri-etik hərəkətlər, narkotik vasitələrə aludəçilik halları, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, yol-hərəkət qaydalarını pozma, günün qaranlıq saatlarında avtomobili müəyyən edilməmiş yerlərdə hərəkət etdirmə ilə bağlıdır.
 
Bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, bu cür çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi qarşıya məqsəd qoyulub: "Burada əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir".

Baxış sayı: 7000 | Tarix: 01.06.2023
Bizi Telegramda izləyin: @repostaz