Paytaxtın Binəqədi rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən 1991-ci il təvəllüdlü Amid Nəbiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanıldı.

Bu barədə RePost.Az-a Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Elşad Hacıyev məlumat verib.

O, həmin şəxsin əməlindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat vermələrini tövsiyə edib.

Araşdırma gedir.


Baxış sayı: 5955 | Tarix: 20.06.2023
Bizi Telegramda izləyin: @repostaz