Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. 
 
RePost.Az-ın APA-ya istinadən məlumatına görə, hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
 
19:10
 
Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. Küləyin təsiri ilə yanğın güclənib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının səbəbi hələki məlum deyil. Əlavə məlumat veriləcəkdir.​
 
Hadisə yerindən fotoları təqdim edirik:
 
RePost.Az

Baxış sayı: 4264 | Tarix: 28.03.2017
Bizi Telegramda izləyin: @repostaz