Rusiyada “Sberbank”da çalışan azərbaycanlı bacılar Məryəm və Tamilla Dadaşovaların Moskvada avtosalondan “Ferrari” almağı onların VİP müştərilərindən biri xahiş edib. 
 
RePost.Az-ın Virtualaz-a istinadən verdiyi məlumata görə, xidməti yoxlama zamanı məlum olub ki, qızlar bankın VİP-müştərilərindən birinin xahişini icra ediblər: onlar başqa firmaların hesabından  40 milyon rublu çıxararaq sportkar almaq istəyiblər. Hüquq mühafizə əməkdaşlarının məlumatına görə, söhbət qanunsuz əməliyyatdan gedir. Hazırda həmin VIP müştəri ilə bağlı araşdırma aparılır. Ekspertlər hesab edirlər ki, həmin müştəri vergidən yayınmaq istəyib və “Sberbank” əməliyyatçıları da ona bu işdə elə-belə kömək etməyiblər.
 
Mariya və Tamilla bacıları  bankın təhlükəsizlik xidmətinin diqqətini avtosalondan “Ferrari” alandan sonra cəlb ediblər. Moskvada bu idman avtomobilinin dəyəri 20 milyon rubldan başlayır. Bu qızların hər ikisinin “Sberbank”da menecer işlədiyi aydınlaşandan sonra belə maşının almasına pulun mənşəyi haqqında suallar ortaya çıxıb. Bank həmçinin pulun müştərilərdən oğurlanması ehtimalını istisna etmirdi.
 
Araşdırma zamanı o da məlum olub ki, bacıların xeyli VİP müştəriləri var. Onların arasında bir çox tanınmış şəxslər, o cümlədən məşhur idmançı da var. Qızlar hesabdan 40 milyon rublu müştərinin xahişi ilə çıxardıqlarını və 3 başqa şirkətə köçürdüklərini bildiriblər. Bank isə onların maliyyə əməliyyatlarının keçirilməsi vaxtı xidməti təlimatları pozduqlarını, buna görə indi onları intizam məsuliyyətinə cəlb ediləcəklərini bildirib.
 
Ekspertlər deyirlər ki, əslində 600 min rubldan yuxarı məbləğdə əməliyyat olunduqda bank işçisi öz rəhbərliyinə bildirmədilər. Lakin bir çox hallarda menecerlər qiymətli VİP-müştərini itirməmək üçün bəzən belə qayda pozmalara gedə bilirdilər.
 
Qeyd edək ki, daha öncə bankın ayrı-ayrı filiallarında menecer işləyən 26 yaşlı Məryəm Dadaşova və onun bacısı, 22 yaşlı Tamilla Dadaşova bir neçə gün ərzində bankdan 40 milyon rublu birgünlük firmaların hesablarına köçürdükləri, daha sonra həmin hesablardan pulları nəğdləşdirdikləri ilə bağlı məlumat yayılmışdı. Onların həmin pulların bir hissəsinə “Ferrari” almaq istəyərkən yaxalandıqları bildirilirdi.
 
RePost.Az

Baxış sayı: 4568 | Tarix: 28.03.2017
Bizi Telegramda izləyin: @repostaz