Vətəndaş Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında araşdırmaya cəlb edilib.
 
Bu barədə RePost.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.
 
Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
 
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.

Baxış sayı: 6202 | Tarix: 05.07.2023
Bizi Telegramda izləyin: @repostaz