Qarabağdakı qondarma rejimin keçmiş müdafiə naziri Levon Mnatsakanyan Laçından Ermənistana keçmək istəyərkən saxlanılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə "Vətəndaş şüuru" ictimai birliyinin sədri Narek Samsonyan öz sosial media hesabında məlumat yayıb.
 
Onun Qarabağdan Ermənistana getmək üçün Laçında yerləşdirilən nəzarət-buraxılış məntəqəsindən keçərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldığı bildirilir.
 
Qeyd edək ki, Levon Mnaçkanyan hər iki Qarabağ müharibəsində iştirak edib. 1990-cı illərdə Qarabağda azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıq göstərən erməni terrorçularından biridir. İkinci Qarabağ müharibəsi zaman xüsusilə Şuşa və Xankəndinin “müdafiəsində” aktiv iştirak edib. 

Baxış sayı: 5157 | Tarix: 29.09.2023
Bizi Telegramda izləyin: @repostaz