BMT-nin missiyası Qarabağa gəlib.
 
APA-nın Qarabağ müxbiri xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
 
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
 
Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
 
BMT missiyası Xankəndinə keçdilər.
 
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Baxış sayı: 5233 | Tarix: 01.10.2023
Bizi Telegramda izləyin: @repostaz