BMT missiyası növbəti dəfə Qarabağa gəlib.
	 
	Missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
	 
	Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
	 
	Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
	 
	Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.