“Biz Azərbaycan ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.
	 
	Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
	 
	O qeyd edib ki, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb:
	 
	“Biz Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşma mümkün qədər tez əldə olunacaq”.