Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsində Azərbaycanın ərazi bütövlüyünə tam riayət edib.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Baş nazirin təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib.
 
Baş nazir xəritə ilə Ermənistanın şimalından və cənubundan keçən dəmir yolları ilə bağlı məlumat verib.
 
Xəritədə həmçinin, Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyü və bunun isə Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağı qeyd edilib.

Baxış sayı: 5480 | Tarix: 26.10.2023
Bizi Telegramda izləyin: @repostaz