Türkiyə Prezident Rəcəb Tayyip Ərdoğan Daşkənddə İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
 
Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.
 
Görüşdə Qəzzadaki humanitar böhran və həll yolu üçün atılacaq addımlar, Türkiyə-İran ikitərəfli əlaqələri və regional məsələlər müzakirə edilib.
 
Prezident Ərdoğan görüş zamanı İsrailin hücumlarına son qoyulmasının bölgə və dünyada sülhə xidmət edəcəyini, İslam Əməkdaşlıq Təşkilatının keçiriləcək fövqəladə zirvə toplantısında ədalətli həllə nail olmaq üçün səy göstərməsinin lazım olduğunu bildirib.
 
Türkiyənin qarant ölkə rolunu öz üzərinə götürərək problemi həll etməyə hazır olduğunu vurğulayan prezident Ərdoğan qeyd edib ki, İslam dünyası ortaq mövqe nümayiş etdirməli və İsrailə təzyiqləri artırmalıdır.

Baxış sayı: 7190 | Tarix: 09.11.2023
Bizi Telegramda izləyin: @repostaz