Sentyabrın 1-dək "Laçın" sərhəd buraxılış məntəqəsindən keçənlərin statistikası açıqlanıb.
 
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Roza Bayramlı məlumat verib.
 
O bildirib ki, 2023-cü ilin sentyabrın 1-nə kimi buraxılış məntəqəsindən ümumilikdə 3687 nəfər keçib:
 
"Keçənlər arasında həmçinin digər ölkələrin də vətəndaşları olub. Azərbaycan tərəfdən heç kəsin keçidinə maneə törədilməyib. Buraxılış məntəqəsindən Ermənistana keçənlərdən 2675-i Ermənistan, 98-i Rusiya, 2-si Türkmənistan, 3-ü Ukrayna, 1-i İsrail vətəndaşı, eyni zamanda Belarus, Macarıstan, Qazaxıstan və Venesueladan olan işçilər olub".

Baxış sayı: 3865 | Tarix: 23.11.2023
Bizi Telegramda izləyin: @repostaz