Bir neçə gün əvvəl Azərbaycan BMT-nin İnsan Hüquqları şurasının universal dövri icmal prosesi üzrə hesabatını təqdim edib. Beş ildən bir təqdim olunan bu hesabat insan hüquq və azadlıqlarının icrası istiqamətində işləri özündə əks etdirir.
 
Bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
 
O bildirib ki, təqdim olunan hesabata reaksiya olaraq BMT-yə üzv dövlətlərin əksəriyyəti Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirərək davam etməyi tövsiyə edib.
 
Nazir müavini deyib ki, COVID-19 pandemiyası dövründə məhz Azərbaycanın təşəbbüsü ilə peyvəndlərin ədalətli, bərabər və universal əlçatanlığının təmin edilməsi istiqamətində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyası çərçivəsində müvafiq qətnamələr qəbul edilib:
 
"Həmçinin Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında minaların insan hüquqlarına təsiri, irqçilik, dini ayrı-seçkilik, dözümsüzlüklə bağlı mübarizədə təhsilin rolu və digər mövzularda birgə bəyanatlar səsləndirilib".

Baxış sayı: 5328 | Tarix: 30.11.2023
Bizi Telegramda izləyin: @repostaz