Erməni əsirliyindən xilas edilən Azərbaycan hərbçiləri ailələrinə təhvil verilib.
 
Aqşin Bəbirov və Hüseyn Axundov artıq evlərindədir.
 
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.
 
Xatırladaq ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
 
 

Baxış sayı: 3865 | Tarix: 14.12.2023
Bizi Telegramda izləyin: @repostaz