Ötən gecə Bakı-Qazax yolunda "10 CZ 909" dövlət nömrə nişanlı avtomobilin sürücüsü hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb. 
 
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Zülfüqar Xeyirxəbər sosial şəbəkə hesabında paylaşım edib. 
 
O, paylaşımında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək sözügedən sürücü ilə bağlı tədbir görülməsini istəyib.
 
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi zəhmət olmazsa bu sürücünün əməlinə qiymət verin. 24.12.2023, saat 20:00 radələri. Bakı-Qazax yolunun Sahil qəsəbəsi ərazisi, Bakı istiqaməti", - deyə məlumatda qeyd olunub.
Görüntülərdən aydın olur ki, "10 CZ 909" dövlət nömrə nişanlı avtomobilin sürücüsü magistral yolda aşağı sürətlə hərəkət edərək digər maşınlara yol vermir, zolağı dəyişmək istəyən zaman isə təhlükəli manevr edərək avtomobili yolun ortasında saxlayır. 
 
Sözügedən videonu təqdim edirik:

Baxış sayı: 4682 | Tarix: 25.12.2023
Bizi Telegramda izləyin: @repostaz