Bu gün Əməkdar artist Aygün Hümmətova  (Bəylər) ilə Səttar Bəhlulzadə adına mədəniyyət sarayında vida mərasimi keçirilib. 
 
RePost.Az xəbər verir ki, mərasimdə xanəndənin ailə üzvləri, yaxınları və bəzi sənət dostları iştirak ediblər.
 
Vida mərasimindən sonra Aygün Bəylərin cənazəsi Suraxanı kənd qəbiristanlığında dəfn olunub.
 
Qeyd edək ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən müğənni yanvarın 7-də Türkiyədə vəfat edib.

Baxış sayı: 17336 | Tarix: 08.01.2024
Bizi Telegramda izləyin: @repostaz