Jurnalist Zülfüqar Xeyirxəbər Baş Dövlət Yol Polisi idarəsindəki özbaşınalıqlarla bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. 

RePost.Az
-ın məlumatına görə, müraciətin xülasəsində qeyd edilir: 

"Adi yetim bir prius sürücüsü çaşıb yolu səhv girir, tutub 10 sutka verirlər, amma Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsində #LEYTENANT olan Elvin adlı birinin qohumu magistral yolda xuliqanlıq edir, yol kəsib onlarla şəxsin həyatını təhlükəyə atır, şantaj edir, hədə-qorxu gəlir, üstəlik polisə yalan məlumat verir, saxta şahidlər gətirib yalan ifadə verir, yalanının üstü açılanda bütün iddialarından vaz keçir, ancaq haqqında bir aydır heç bir tədbir görülmür. Görülməsi bir yana, hələ leytenant mənə də hədə-qorxu gəlir. Heç bir vəzifəsi olmayan bir leytenant belə davranırsa, adamın ağlına ilk gələn fikir o olur ki, GÖRÜN GENERALLAR NƏLƏRİN ÜSTÜNÜ ÖRT-BASDIR EDİRLƏR…
 
İki gündür Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanladığım sorğuya cavab verilmir. Yəqin verəcək cavabları yoxudr. Ona görə Azərbaycan Respublikasının Daxili İşlər naziri Cənab Vilayət Eyvazova müraciət etmək qərarına gəldim".
 
Cənab Nazir, nəzərinizə çatdırım ki, 24.12.2023 tarixində, saat 20:00 radələrində idarə etdiyim 99 BC 360 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə Sahil qəsəbəsi ərazisində, üzü Bakı istiqamətində hərəkətdə olarkən 10 CZ 909 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətli yolda avtoxuliqanlıq edərək həm mənim, həm də onlarla yol hərəkəti iştirakçısının həyatını təhlükəyə atıb. Bu barədə həm rəhbərlik etdiyiniz quruma, o cümlədən, mətbuata açıqlama verib faktları təqdim etmişəm. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin Elvin adlı baş leytenantın şəxsi maraqları səbəbindən həmin sürücü barəsində heç bir tədbir görülməyib. Apardığım araşdırmalar zamanı həmin şəxsin Kürdəmir rayon sakini Cəbrayıl Həşimovun onun tərətdiyi əməli araşdıran baş leytenantın yerlisi və qohumu olduğu üzə çıxıb. Yanvarın 6-da axşam saat 20:00 radələrində baş leytenant şəxsən mənə zəng edərək bunu etiraf edib, nənəsinin vasitəsilə minnətçi düşərək işi bağlamağı xahiş etdiklərini bildirib. Lakin mən Bakı-Kürdəmir arası qeyri-qanuni “sərnişin daşıma” ilə məşğul olan həmin sürücünün kifayət qədər şübhəli fəaliyyəti olduğunu baş leytenantın nəzərinə çatdırmışam və qanun çərçivəsində barəsində tədbir görməsini tələb etmişəm. Hətta baş leytenant özü də hımin şəxsin idarə etdiyi avtomobiolin dövlət nömrə nişanının qiymətinin maşnından baha olduğunu deyərək, mənim haqlı olduğumu və onun barəsində protokol tərtib edildiyini və xuliqanlıq əməlinə qiymət verilməsi üçün faktların dekabr ayının sonunda Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə göndərildiyini bildirib. Lakin sonradan məılum olub ki, baş leytenant yalan məlumat verib, 38-ci bölməsin bu barədə heç bir sənəd göndərilməyib. 15.01.2024-cü il tarixində baş leytenantla əlaqə saxladım və o da etiraf etdi ki, bu barədə ümumiyyətlə heç bir tədbir görülməyib və görülən də deyil. Hətta mövqeyindən istifadə edərək “sizinlə deyəsən çox yumşaq danışıram..., ” - deyə  mənə hədə-qorxu gəldi.
 
Cənab Nazir, nəzərinizə çatdırım ki, Cəbrayıl Həşimovun idarə etdiyi  avtomobil el arasında “dörd göz” kimi tanınan “Mercedes W210”dur. Bu cür avtomobillər növündən asılı olaraq Kürdəmir-Bakı arası 40-50 AZN-lik yanacaq sərf edir. Halbuki bu sürücü əksər hallarda 15-20 AZN-dən bir nəfərlə yola çıxır. Çox maraqlıdır, gündəlik çörək puluna işləyən bir taksi sürücüsü niyə 340 km-lik məsafəni boş gəlib getsin!? Bunun nə marağı var və gəliri haradandır ki, o müşətərisiz taksiçilik edir. 
Cənab nazir, xahiş edirəm həmin sürücünün nəzarətə götürülməsi və fəaliyyətinin araşdırılması, törətdiyi əməlinə görə cəzalandırılması, o cümlədən, onun xuliqanlıq əməlini ört-basdır edən qohumu, Baş Dövlət Yol Polisi İdarəsinin baş leytenantı Elvin (?) barəsində  tədbir görülməsi barədə tapşırıq verəsiniz. 
 
Cənab Nazir, nəzərinizə çatdırım ki, həmin sürücü Elvinin təlimatı ilə polisə də yalan məlumat verib. Öz cinayət əməlini ört-basdır etmək üçün polisə avtomobillərin toqquşması barədə yalan məlumat vermiş, o cümlədən özü ilə iki şahid gətirərək yalan ifadə verib. Lakin həm ərazidə, həm də mənim idarə etdiyim avtomobildə videoqeydiyyatçı olduğunu bildikdən sonra iddiasını sübuta yetirə bilmədiyinidən ifadəısindən imtina edib. Bununla da həmin şəxslər AR CM-nin 216-cı və 297.1-ci maddəsinin tələblərini pozmaqla daha ağır cinayət əməli törətmişlər. 
 
Ümid edirəm ki, həm Cəbrayıl Həşimovun, həm onun yalançı şahidlərinin, həm də onların törətdiyi əməlləri ört-basdır etməyə çalışan baş leytenant barəsində ölçü götürüləcək. 

Baxış sayı: 4777 | Tarix: 16.01.2024
Bizi Telegramda izləyin: @repostaz