Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib.
 
Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi onun evində keçirilib.
 
Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.
 
Sonra mərhumun cənazəsi dəfn edilmək üçün Şamaxıya aparılıb.
 
Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Yazıçı fevralın 21-də axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
 
Xatırladaq ki, Mövlud Süleymanlı bu gün öz vəsiyyətinə görə, Şamaxıda anasının yanında dəfn ediləcək.

Baxış sayı: 4568 | Tarix: 22.02.2024
Bizi Telegramda izləyin: @repostaz