Martın 13-ü Xankəndi şəhərində baş verən bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn ediliblər.
 
Xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan bir atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində, digər polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb.

Baxış sayı: 4853 | Tarix: 14.03.2024
Bizi Telegramda izləyin: @repostaz