Bulvarda intihar hadisəsi olub.

RePost.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:23-də başa çatıb.


Baxış sayı: 3922 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz