İranın Bəlucistan vilayətinin Rask şəhərindəki hərbi bazada güclü partlayış baş verib.
 
Azpost.info bildirir ki, bu barədə İsrail mediası xəbər verir.
 
Obyektin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu bildirilir.
 
Bu, son 24 saat ərzində İranda baş verən ikinci partlayışdır.
 
Bir gün əvvəl Voxnews xəbər vermişdi ki, İran yaxın 48 saat ərzində İsrailə hücum etməyi planlaşdırır.

Baxış sayı: 8843 | Tarix: 05.04.2024
Bizi Telegramda izləyin: @repostaz