“Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub”.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.
 
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. 
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
 
***
 
Tanınmış aparıcı Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı təfərrüat məlum olub. 
 
Hadisə 8 Noyabr prospektində, Gənclik parkın qarşısında qeydə alınıb.
 
A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər “Hyundai” ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan “KIA Soul” markalı maşına çırpılıb.
 
Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.
 

Baxış sayı: 3979 | Tarix: 17.04.2024
Bizi Telegramda izləyin: @repostaz