Bu dəqiqələrdə Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

RePost.Az xəbər verir ki, məscidin sökülməsinə qarşı olan insanlar içəridən çıxmırlar. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar da var.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 

RePost.Az
Mənbə: Qaynarinfo


Baxış sayı: 3865 | Tarix: 12.04.2017
Bizi Telegramda izləyin: @repostaz