Bakıda tikilməkdə olan istirahət mərkəzi uçub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində "Green City” istirahət mərkəzində baş verib. 
 
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib jurnalistlərə bildirib ki, uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib. Onun sözlərinə görə, hadisə zamanı tikintidə 6 nəfər olub. Onlıardan 2 nəfəri dağıntıların altında qalaraq dünyasını dəyişib. FHN-nin xiasediciləri tərəfindən cəsədləri çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Digər 4 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Onlardan 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib. 
Hadisə nəticəsində ölənlər isə 1983-cü Yolçuyev  Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.
 
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 3200 | Tarix: 12.04.2017
Bizi Telegramda izləyin: @repostaz