Mayın 22-də Vyetnam Milli Assambleyası (Parlament) ictimai təhlükəsizlik naziri, ordu generalı To Lam ölkənin yeni prezidenti seçib.
 
Bu barədə "VNExpress" xəbər portalı məlumat yayıb.
 
Lamın Vyetnam prezidenti seçilməsi ilə bağlı qətnaməni iclasda iştirak edən 473 parlament üzvündən 472-si dəstəkləyib. Öz növbəsində, yeni seçilmiş prezident bütün strateji dövlət vəzifələrinin və hədəflərinin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bəyan edib.
 
66 yaşlı general-polkovnik 1993-2010-cu illərdə Daxili İşlər Nazirliyində və İctimai Təhlükəsizlik Nazirliyində siyasi mühafizə və əks-kəşfiyyat idarə və bölmələrində rəhbər vəzifələrdə çalışıb. O, həmçinin 1981-ci ildən Vyetnam Kommunist Partiyasının üzvüdür.
 

Baxış sayı: 13441 | Tarix: 22.05.2024
Bizi Telegramda izləyin: @repostaz