Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəsinin müavini, general-leytenant Vadim Şamarin həbs edilib.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə 35-ci hərbi qarnizon məhkəməsi qərar çıxarıb.
 
Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.
 
Qeyd edək ki, bu ilin aprel ayında Rusiya müdafiə nazirinin müavini Timur İvanov, daha sonra Nazirliyin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov, 58-ci ordunun keçmiş komandanı İvan Popov müxtəlif ittihamlarla həbs ediliblər.

Baxış sayı: 14866 | Tarix: 23.05.2024
Bizi Telegramda izləyin: @repostaz